Əsas Səhifə > İdman > Eriksen 9 milyon avrodan imtina etdi
Eriksen 9 milyon avrodan imtina etdi27-11-2019, 16:54 |
|
Kristian Eriksen "Tottenhem"in yeni müqavilə təklifini rədd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə "Tottenhem"in Eriksenə müddəti 2024-cü ilə qədər olan sözləşmə təklif etdiyi bildirilir. 27 yaşlı yarımmüdafiəçi illik 9 milyon avro qazanacağı bu təklifi rədd edib. Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"də forma geyinən Eriksenin müqaviləsinin müddəti mövsümün sonunda bitir. Rubrika.Az Geri qayıt |