Eriksen 9 milyon avrodan imtina etdi
![]()
Kristian Eriksen "Tottenhem"in yeni müqavilə təklifini rədd edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə "Tottenhem"in Eriksenə müddəti 2024-cü ilə qədər olan sözləşmə təklif etdiyi bildirilir. 27 yaşlı yarımmüdafiəçi illik 9 milyon avro qazanacağı bu təklifi rədd edib.
Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"də forma geyinən Eriksenin müqaviləsinin müddəti mövsümün sonunda bitir.
Rubrika.Az
Facebook-da paylaş













