Əsas Səhifə > Hadisə > Perinatal Mərkəzdə uşaq ölümü - Həkim ittiham edilir

Perinatal Mərkəzdə uşaq ölümü - Həkim ittiham edilir


2-12-2019, 15:28
Perinatal Mərkəzdə uşaq ölümü - Həkim ittiham edilir

Sabirabad rayonunda uşaq ölümü baş verib.

Rubrika.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad Perinatal Mərkəzdə qeydə alınıb.

Belə ki, doğuşdan bir gün sonra Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının körpəsi ölüb.

Yaxınlarının bildirdiyinə görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Rubrika.Az
Geri qayıt