Perinatal Mərkəzdə uşaq ölümü - Həkim ittiham edilir
![]()
Sabirabad rayonunda uşaq ölümü baş verib.
Rubrika.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad Perinatal Mərkəzdə qeydə alınıb.
Belə ki, doğuşdan bir gün sonra Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının körpəsi ölüb.
Yaxınlarının bildirdiyinə görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş














