Əsas Səhifə > Hadisə > Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Mədət Quliyev generalı özünə müşavir təyin etdi5-12-2019, 11:47 |
|
Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib. Rubrika.Az Unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub. Xəbəri Müdafiə Sənayesi nazirliyinin Mətbuat katibi Yaşar İsakov təsdiqləyib. Qeyd edək ki, general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb. Rubrika.Az Geri qayıt |