Mədət Quliyev generalı özünə müşavir təyin etdi
![]()
Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.
Rubrika.Az Unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.
Xəbəri Müdafiə Sənayesi nazirliyinin Mətbuat katibi Yaşar İsakov təsdiqləyib.
Qeyd edək ki, general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.
Rubrika.Az
Facebook-da paylaş
















