Əsas Səhifə > Hadisə > Tramp Koreya liderinə “hər şeyi itirmək” təhlükəsi haqqında xəbərdarlıq etdi
Tramp Koreya liderinə “hər şeyi itirmək” təhlükəsi haqqında xəbərdarlıq etdi9-12-2019, 09:41 |
|
ABŞ prezidenti Donald Tramp Kim Çen Inın düşmənçilik siyasəti apardığı təqdirdə hər şeyi itirmək təhlükəsi haqqında danışıb. Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Kim Çen In çox ağıllıdır və o çox şey itirə bilər, əgər düşmən obrazı ilə hərəkət etsə - ümumiyyətlə hər şeyi itirəcək. Biz nüvəsizləşdirmə haqqında razılaşmanı imzalamışıq. O, ABŞ prezidenti ilə xüsusi münasibətləri korlamaq istəməz”, - deyə Tramp yazıb. Daha əvvəl Şimali Koreyanın BMT-dəki nümayəndəsi bildirib ki, ölkəsi ABŞ ilə apardığı nüvəsizləşdirmə haqqında danışıqlarda maraqlı deyil. Rubrika.az Geri qayıt |