Tramp Koreya liderinə “hər şeyi itirmək” təhlükəsi haqqında xəbərdarlıq etdi
![]()
ABŞ prezidenti Donald Tramp Kim Çen Inın düşmənçilik siyasəti apardığı təqdirdə hər şeyi itirmək təhlükəsi haqqında danışıb.
Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Kim Çen In çox ağıllıdır və o çox şey itirə bilər, əgər düşmən obrazı ilə hərəkət etsə - ümumiyyətlə hər şeyi itirəcək. Biz nüvəsizləşdirmə haqqında razılaşmanı imzalamışıq. O, ABŞ prezidenti ilə xüsusi münasibətləri korlamaq istəməz”, - deyə Tramp yazıb.
Daha əvvəl Şimali Koreyanın BMT-dəki nümayəndəsi bildirib ki, ölkəsi ABŞ ilə apardığı nüvəsizləşdirmə haqqında danışıqlarda maraqlı deyil.
Rubrika.az
Facebook-da paylaş











