Əsas Səhifə > Hadisə > İranın Bakıdakı səfirliyində tüstülənmə
İranın Bakıdakı səfirliyində tüstülənmə9-12-2019, 19:17 |
![]() Fövqəladə Hallar Nazirliyinə (FHN) İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal əraziyə nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib. Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb. Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Rubrika.az Geri qayıt |