İranın Bakıdakı səfirliyində tüstülənmə

Fövqəladə Hallar Nazirliyinə (FHN) İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal əraziyə nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.
Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb.
Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.
Rubrika.az
Facebook-da paylaş














