Əsas Səhifə > Hadisə > Balakəndə silahlı insident nəticəsində yaralananların vəziyyəti açıqlandı
Balakəndə silahlı insident nəticəsində yaralananların vəziyyəti açıqlandı19-12-2019, 16:43 |
![]() Səhiyyə Nazirliyi Balakən rayonunda kişinin ailə üzvlərinə qarşı silahla atəş açması nəticəsində yaralananlarla bağlı məlumat yayıb. Nazirlikdən virtualaz.org-a bildirilib ki, Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib: "Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib". Rubrika.Az Geri qayıt |