Balakəndə silahlı insident nəticəsində yaralananların vəziyyəti açıqlandı

Səhiyyə Nazirliyi Balakən rayonunda kişinin ailə üzvlərinə qarşı silahla atəş açması nəticəsində yaralananlarla bağlı məlumat yayıb.
Nazirlikdən virtualaz.org-a bildirilib ki, Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib:
"Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib".
Rubrika.Az
Facebook-da paylaş







