Əsas Səhifə > Hadisə > Bakıda gənc oğlanı tapança ilə güllələdilər

Bakıda gənc oğlanı tapança ilə güllələdilər


23-12-2019, 10:45
Bakıda gənc oğlanı tapança ilə güllələdilər

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

Rubrika.Az report-a istinadla bildirir ki, 1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt