Bakıda gənc oğlanı tapança ilə güllələdilər
![]()
Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.
Rubrika.Az report-a istinadla bildirir ki, 1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.
Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.
O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş








