Əsas Səhifə > Müsahibə > Vahid Ələkbərovu Azərbaycanda iki layihə maraqlandırır
Vahid Ələkbərovu Azərbaycanda iki layihə maraqlandırır25-12-2019, 11:17 |
![]() Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov “Kommersant”a müsahibəsində Azərbaycanda iki layihə üzrə danışıqlar apardığını deyib. Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb. “Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”,-milyarder bildirib. V.Ələkbərov Azərbaycanla yanaşı Qazaxıstanda da “bəzi maraqlı layihələr” üzrə danışıqlar getdiyini deyib. Onun sözlərinə görə, “Lukoil” Xəzərdə fəal geoloji-kəşfiyyat işləri də aparırı və gələn il “Xəzri” blokunda quyuların qazılmasına başlayacaq. Rubrika.Az Geri qayıt |