Vahid Ələkbərovu Azərbaycanda iki layihə maraqlandırır

Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov “Kommersant”a müsahibəsində Azərbaycanda iki layihə üzrə danışıqlar apardığını deyib.
Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb. “Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”,-milyarder bildirib.
V.Ələkbərov Azərbaycanla yanaşı Qazaxıstanda da “bəzi maraqlı layihələr” üzrə danışıqlar getdiyini deyib. Onun sözlərinə görə, “Lukoil” Xəzərdə fəal geoloji-kəşfiyyat işləri də aparırı və gələn il “Xəzri” blokunda quyuların qazılmasına başlayacaq.
Rubrika.Az
Facebook-da paylaş














