Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var
Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var21-01-2020, 12:54 |
|
Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib. Rubrika.az APA-ya istinadən xəbər verir ki, hadisə "Aygün" şadlıq sarayında qeydə alınıb. Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb. Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rubrika.az Geri qayıt |