Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var
![]()
Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.
Rubrika.az APA-ya istinadən xəbər verir ki, hadisə "Aygün" şadlıq sarayında qeydə alınıb.
Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb. Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rubrika.az
Facebook-da paylaş








