Əsas Səhifə > Siyasət > Vahid Ələkbərov: Bu gün SOCAR-la müqavilə imzalaVahid Ələkbərov: Bu gün SOCAR-la müqavilə imzalayacağıqyacağıq
Vahid Ələkbərov: Bu gün SOCAR-la müqavilə imzalaVahid Ələkbərov: Bu gün SOCAR-la müqavilə imzalayacağıqyacağıq22-01-2020, 15:37 |
![]() Yanvarın 22-də “LUKOIL” SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır. “İnterfaks Azərbaycan” bildirir ki, bunu Davosda jurnalistlərə “LUKOIL”un prezidenti Vahid Ələkbərov deyib. V.Ələkbərov bildirib ki, onlar bir sıra layihələri müzakirə edirlər: “Bu, “Naxçıvan” bloku və Abşeronun şimalında keçid zonası adlanan dəniz blokudur. Hər halda geoloqlarımız onları perspektivli hesab edirlər”. “İndi SOCAR-la tədqiq edilməyə dair danışıqlar aparacağıq. Yəqin ki, bu gün forum çərçivəsində saziş imzalayacağıq”, - deyə “LUKOIL” prezidenti əlavə edib. Xəbər verildiyi kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev və Vahid Ələkbərov Davosda “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə ediblər. Rubrika.Az Geri qayıt |