Vahid Ələkbərov: Bu gün SOCAR-la müqavilə imzalaVahid Ələkbərov: Bu gün SOCAR-la müqavilə imzalayacağıqyacağıq

Yanvarın 22-də “LUKOIL” SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır.
“İnterfaks Azərbaycan” bildirir ki, bunu Davosda jurnalistlərə “LUKOIL”un prezidenti Vahid Ələkbərov deyib.
V.Ələkbərov bildirib ki, onlar bir sıra layihələri müzakirə edirlər: “Bu, “Naxçıvan” bloku və Abşeronun şimalında keçid zonası adlanan dəniz blokudur. Hər halda geoloqlarımız onları perspektivli hesab edirlər”.
“İndi SOCAR-la tədqiq edilməyə dair danışıqlar aparacağıq. Yəqin ki, bu gün forum çərçivəsində saziş imzalayacağıq”, - deyə “LUKOIL” prezidenti əlavə edib.
Xəbər verildiyi kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev və Vahid Ələkbərov Davosda “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə ediblər.
Rubrika.Az
Facebook-da paylaş









