Əsas Səhifə > Cəmiyyət > Badamdar sürüşmə sahəsində vəziyyət necədir?
Badamdar sürüşmə sahəsində vəziyyət necədir?22-01-2020, 16:57 |
![]() Hazırda Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində vəziyyət stabildir. Sürüşmə baş verən müddətdən bu günə qədər elə bir ciddi dəyişiklik qeydə alınmayıb. Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin ekspedisiya rəisi Əziz Qaralov deyib. Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Rubrika.Az Geri qayıt |