Badamdar sürüşmə sahəsində vəziyyət necədir?

Hazırda Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində vəziyyət stabildir. Sürüşmə baş verən müddətdən bu günə qədər elə bir ciddi dəyişiklik qeydə alınmayıb.
Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin ekspedisiya rəisi Əziz Qaralov deyib.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.
Rubrika.Az
Facebook-da paylaş










