Əsas Səhifə > Cəmiyyət > İstanbulda 3 yerə parçalanan təyyarə qəzasında ölənlərin sayı açıqlandı
İstanbulda 3 yerə parçalanan təyyarə qəzasında ölənlərin sayı açıqlandı6-02-2020, 12:09 |
|
İstanbul Sabiha Gokcen hava limanına Pegasus hava yoluna məxsus təyyarənin sərnişin enişi zamanı baş verən qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, 179 yaralı var. Rublika.Az Qaynarinfo-a əsasən xəbər verir ki, bu haqda "Anadolu” agentliyinə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında deyib. Buna qədər 157 yaralı olduğu bildirilirdi. Qəza bir gün əvvəl baş verdi: İzmirdən gələn bir layner eniş zamanı uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Ümumilikdə təyyarədə 183 nəfər olub: 177 sərnişin, o cümlədən iki uşaq və altı ekipaj üzvü. İlkin məlumata görə, faciəyə pis hava şəraiti səbəb oldu. Aeroport bağlanıb, Türkiyə Baş Prokurorluğu istintaqa başlayıb. Rublika.Az Geri qayıt |