İstanbulda 3 yerə parçalanan təyyarə qəzasında ölənlərin sayı açıqlandı
![]()
İstanbul Sabiha Gokcen hava limanına Pegasus hava yoluna məxsus təyyarənin sərnişin enişi zamanı baş verən qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, 179 yaralı var.
Rublika.Az Qaynarinfo-a əsasən xəbər verir ki, bu haqda "Anadolu” agentliyinə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında deyib.
Buna qədər 157 yaralı olduğu bildirilirdi.
Qəza bir gün əvvəl baş verdi: İzmirdən gələn bir layner eniş zamanı uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Ümumilikdə təyyarədə 183 nəfər olub: 177 sərnişin, o cümlədən iki uşaq və altı ekipaj üzvü.
İlkin məlumata görə, faciəyə pis hava şəraiti səbəb oldu. Aeroport bağlanıb, Türkiyə Baş Prokurorluğu istintaqa başlayıb.
Rublika.Az
Facebook-da paylaş










