Əsas Səhifə > Aktual, Cəmiyyət > Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb - FOTO
Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb - FOTO6-02-2020, 21:49 |
![]() Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub. Rublika.Az-ın Müsavat.com-a istinadən xəbərinə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb. Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib. Hazırda yolda hərəkət bərpa edilib. Qeyd edək ki, bina hazırda "Bakı Telefon Rabitəsi" MMC-nin nəzdindədir. Rublika.Az Geri qayıt |