Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb - FOTO

Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.
Rublika.Az-ın Müsavat.com-a istinadən xəbərinə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.
Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib. Hazırda yolda hərəkət bərpa edilib.
Qeyd edək ki, bina hazırda "Bakı Telefon Rabitəsi" MMC-nin nəzdindədir.![]()
![]()
Rublika.Az
Facebook-da paylaş














