Əsas Səhifə > Cəmiyyət > BŞBPİ: Rəhim Qazıyevin övladına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib
BŞBPİ: Rəhim Qazıyevin övladına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib7-02-2020, 16:15 |
|
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabiq Müdafiə naziri Rəhim Qazıyevin övladına məxsus avtomobilin şinlərinin kəsilməsi hadisəsinə münasibət bildirib. İdarənin mətbuat xidmətindən Rublika.Az-a verilən məlumata görə, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət daxil olub. Həmin müraciət üzrə Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib. Rublika.Az Geri qayıt |