BŞBPİ: Rəhim Qazıyevin övladına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib
![]()
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabiq Müdafiə naziri Rəhim Qazıyevin övladına məxsus avtomobilin şinlərinin kəsilməsi hadisəsinə münasibət bildirib.
İdarənin mətbuat xidmətindən Rublika.Az-a verilən məlumata görə, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət daxil olub.
Həmin müraciət üzrə Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib.
Rublika.Az
Facebook-da paylaş











