Əsas Səhifə > Cəmiyyət > Elza Seyidcahanın səhhəti pisləşdi: “Bizi döydülər...” - Təcili yardım gəldi

Elza Seyidcahanın səhhəti pisləşdi: “Bizi döydülər...” - Təcili yardım gəldi


10-02-2020, 12:18
Elza Seyidcahanın səhhəti pisləşdi: “Bizi döydülər...” - Təcili yardım gəldi

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahanın səhhəti pisləşib.

Rubrika.Az bildirir ki, bu barədə Teleqraf.com-a Elza Seyidacanın özü məlumat verib.

Danışmaqda çətinlik çəkən əməkdar artist bu sözləri deyib: “Hazırda təcili yardım gəlir, səhhətim yaxşı deyil, rayondayıq.

Məntəqədə bizə hücum etdilər. Bacım Mehribanı döydülər. Xəsarət almışıq, əlbəyaxa dava oldu. Buradan MSK sədri Məzahir Pənahova səslənirəm, araşdırsın”.

Rubrika.Az
Geri qayıt