Elza Seyidcahanın səhhəti pisləşdi: “Bizi döydülər...” - Təcili yardım gəldi
![]()
54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahanın səhhəti pisləşib.
Rubrika.Az bildirir ki, bu barədə Teleqraf.com-a Elza Seyidacanın özü məlumat verib.
Danışmaqda çətinlik çəkən əməkdar artist bu sözləri deyib: “Hazırda təcili yardım gəlir, səhhətim yaxşı deyil, rayondayıq.
Məntəqədə bizə hücum etdilər. Bacım Mehribanı döydülər. Xəsarət almışıq, əlbəyaxa dava oldu. Buradan MSK sədri Məzahir Pənahova səslənirəm, araşdırsın”.
Rubrika.Az
Facebook-da paylaş















