Əsas Səhifə > Dünya > İranın məyusluğu: Kosmosa göndərdiyi peyk yarı yolda dayandı

İranın məyusluğu: Kosmosa göndərdiyi peyk yarı yolda dayandı


10-02-2020, 16:47
İranın məyusluğu: Kosmosa göndərdiyi peyk yarı yolda dayandı

İranın təbii sərvətlər və kənd təsərrüfatına nəzarət edə bilmək üçün kosmosa göndərdiyi “Zəfər-1” adlı yerli istehsal olan peyk nəzərdə tutulan sürətə çatmadığı üçün Hind okeanına düşüb.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

Məlumatda peykin “Simurq” raketi ilə kosmosa göndərildiyi bildirilib. Peykin istənilən sürətə çata bilmədiyi üçün 8 dəqiqə sonra Hind okeanına düşdüyü qeyd edilib.

Rubrika.az
Geri qayıt