İranın məyusluğu: Kosmosa göndərdiyi peyk yarı yolda dayandı
![]()
İranın təbii sərvətlər və kənd təsərrüfatına nəzarət edə bilmək üçün kosmosa göndərdiyi “Zəfər-1” adlı yerli istehsal olan peyk nəzərdə tutulan sürətə çatmadığı üçün Hind okeanına düşüb.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Məlumatda peykin “Simurq” raketi ilə kosmosa göndərildiyi bildirilib. Peykin istənilən sürətə çata bilmədiyi üçün 8 dəqiqə sonra Hind okeanına düşdüyü qeyd edilib.
Rubrika.az
Facebook-da paylaş











