Əsas Səhifə > Hadisə > Ağdamda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO..
Ağdamda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO..11-02-2020, 13:57 |
|
Ağdamda tütün məmulatları daşıyan yük avtomobili qəza törədib. Rubrika.Az-in Apa-ya istinadına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. “VEKTOR” firmasına məxsus, 1988-ci il təvəllüdlü Əmirov Fərhad Allahverdi oğlu idarə etdiyi “FİAT” markalı, 99 JX 712 dövlət nömrə nişanlı yük avtomobili hərəkətdə olan 1984-cü il təvəllüdlü Allahverdiyev Azər Rizvan oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 10 RZ 215 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Rublika.Az Geri qayıt |