Ağdamda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO..
![]()
Ağdamda tütün məmulatları daşıyan yük avtomobili qəza törədib.
Rubrika.Az-in Apa-ya istinadına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
“VEKTOR” firmasına məxsus, 1988-ci il təvəllüdlü Əmirov Fərhad Allahverdi oğlu idarə etdiyi “FİAT” markalı, 99 JX 712 dövlət nömrə nişanlı yük avtomobili hərəkətdə olan 1984-cü il təvəllüdlü Allahverdiyev Azər Rizvan oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 10 RZ 215 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.![]()
![]()
![]()
Rublika.Az
Facebook-da paylaş












