Əsas Səhifə > Cəmiyyət > Ağcabədidə ata oğlunu öldürdü
Ağcabədidə ata oğlunu öldürdü12-02-2020, 13:02 |
|
Qəsdən adam öldürməkdə şübhəli bilinən Ağcabədi rayonunun Təzəkənd kəndinin sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Rublika.Az-a verilən məlumata əsasən, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə RPŞ-ə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Rublika.Az Geri qayıt |