Ağcabədidə ata oğlunu öldürdü
![]()
Qəsdən adam öldürməkdə şübhəli bilinən Ağcabədi rayonunun Təzəkənd kəndinin sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Rublika.Az-a verilən məlumata əsasən, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə RPŞ-ə məlumat daxil olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Rublika.Az
Facebook-da paylaş
















