Əsas Səhifə > Hadisə > Gürcüstanda azərbaycanlı qızı qaçıran gənc saxlanılıb..
Gürcüstanda azərbaycanlı qızı qaçıran gənc saxlanılıb..15-02-2020, 12:40 |
![]() Gürcüstanın Marneuli rayonunda ötən gün 17 yaşlı azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb. Rubrika.Az Rreport-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən olunub ki, saxlanılan 1998-ci il təvəllüdlü şəxs üç nəfər tanışı ilə birgə 2002-ci il təvəllüdlü qızı qanunsuz olaraq azadlıqdan məhrum edib. Qaçırılan qız Marneulidə tapılıb və evinə qaytarılıb. Faktla bağlı istintaq davam etdirilir. Həmin şəxslərin cinayəti sübuta yetirilərsə, onları 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Rubrika.Az Geri qayıt |