Gürcüstanda azərbaycanlı qızı qaçıran gənc saxlanılıb..

Gürcüstanın Marneuli rayonunda ötən gün 17 yaşlı azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb.
Rubrika.Az Rreport-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan 1998-ci il təvəllüdlü şəxs üç nəfər tanışı ilə birgə 2002-ci il təvəllüdlü qızı qanunsuz olaraq azadlıqdan məhrum edib.
Qaçırılan qız Marneulidə tapılıb və evinə qaytarılıb.
Faktla bağlı istintaq davam etdirilir. Həmin şəxslərin cinayəti sübuta yetirilərsə, onları 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Rubrika.Az
Facebook-da paylaş













