Əsas Səhifə > Hadisə > Bakıda 2 avtomobil toqquşdu: xəsarət alan var..

Bakıda 2 avtomobil toqquşdu: xəsarət alan var..


20-02-2020, 16:09
Bakıda 2 avtomobil toqquşdu: xəsarət alan var..



Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Rubrika.Az bildirir ki, qəza Buzovna qəsəbəsində baş verib.

Belə ki, 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərin birində olan sərnişin, 1957-ci il təvəllüdlü Məmmədova Yasəmən Rauf qızı xəsarət alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, alın nahiyəsinin dərialtı hematoması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt