Bakıda 2 avtomobil toqquşdu: xəsarət alan var..
![]()
Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Rubrika.Az bildirir ki, qəza Buzovna qəsəbəsində baş verib.
Belə ki, 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərin birində olan sərnişin, 1957-ci il təvəllüdlü Məmmədova Yasəmən Rauf qızı xəsarət alıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, alın nahiyəsinin dərialtı hematoması diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş
















