Əsas Səhifə > Hadisə > Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb..

Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb..


21-02-2020, 21:44
Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb..


Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Rubrika.Az-ın xəbərinə görə, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Q.Rəvanın valideynləri APA-ya bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.


Rubrika.Az
Geri qayıt