Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb..
![]()
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Rubrika.Az-ın xəbərinə görə, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.
Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Q.Rəvanın valideynləri APA-ya bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Rubrika.Az
Facebook-da paylaş














