Əsas Səhifə > İdman > Qol vuran futbolçuların adını boynuna döymə etdirdi - "Qalatasaray"lıdan maraqlı addım

Qol vuran futbolçuların adını boynuna döymə etdirdi - "Qalatasaray"lıdan maraqlı addım


24-02-2020, 15:51
Qol vuran futbolçuların adını boynuna döymə etdirdi - "Qalatasaray"lıdan maraqlı addım


Türkiyə Superliqasının 23-cü turunda keçirilən "Fənərbaxça" - "Qalatasaray" matçından sonra (1:3) qonaq komandanın azarkeşi maraqlı addım atıb.

21 illik həsrətə son qoyaraq "sarı-lacivərtlilər"i öz meydanında məğlub edən "aslanlar"ın azarkeşlərindən biri qol vuran 3 futbolçunun adını döymə etdirib. Tərəfdar oyundan dərhal sonra boynuna etdirdiyi döymə ilə böyük marağa səbəb olub. Onun bu addımı sosial şəbəkələrdərekord bəyənmə və rəy toplayıb.

Qeyd edək ki, görüşdə "sarı-qırmızılar"ın qollarını Donk, Falkao, Onyekuru vurub./"Yeni Sabah"

Rubrika.Az
Geri qayıt