Qol vuran futbolçuların adını boynuna döymə etdirdi - "Qalatasaray"lıdan maraqlı addım
![]()
Türkiyə Superliqasının 23-cü turunda keçirilən "Fənərbaxça" - "Qalatasaray" matçından sonra (1:3) qonaq komandanın azarkeşi maraqlı addım atıb.
21 illik həsrətə son qoyaraq "sarı-lacivərtlilər"i öz meydanında məğlub edən "aslanlar"ın azarkeşlərindən biri qol vuran 3 futbolçunun adını döymə etdirib. Tərəfdar oyundan dərhal sonra boynuna etdirdiyi döymə ilə böyük marağa səbəb olub. Onun bu addımı sosial şəbəkələrdərekord bəyənmə və rəy toplayıb.
Qeyd edək ki, görüşdə "sarı-qırmızılar"ın qollarını Donk, Falkao, Onyekuru vurub./"Yeni Sabah"
Rubrika.Az
Facebook-da paylaş







