Əsas Səhifə > Dünya > Ukraynalılar koronavirusla əlaqədar təxliyə edilməyi rədd etdi
Ukraynalılar koronavirusla əlaqədar təxliyə edilməyi rədd etdi25-02-2020, 17:06 |
|
İyirmi gündür karantində qalan “Diamond Princess” kruiz gəmisindəki ukraynalılar təxliyə edilmək qərarını qəbul etməyib. Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi verib. Məlumata görə, göyərtədə olan 25 ukraynalıdan 24-ü təxliyə olunmasını istəməyib. Rəsmi nümayəndənin açıqlamasına görə, onlar bu qərarı öz istəkləri ilə veriblər. Xatırladaq ki, fevralın 20-si 80 Ukrayna vətəndaşı Çinin Uhan şəhərindən təxliyə edilib. Rubrika.Az Geri qayıt |