Ukraynalılar koronavirusla əlaqədar təxliyə edilməyi rədd etdi
![]()
İyirmi gündür karantində qalan “Diamond Princess” kruiz gəmisindəki ukraynalılar təxliyə edilmək qərarını qəbul etməyib.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi verib.
Məlumata görə, göyərtədə olan 25 ukraynalıdan 24-ü təxliyə olunmasını istəməyib. Rəsmi nümayəndənin açıqlamasına görə, onlar bu qərarı öz istəkləri ilə veriblər.
Xatırladaq ki, fevralın 20-si 80 Ukrayna vətəndaşı Çinin Uhan şəhərindən təxliyə edilib.
Rubrika.Az
Facebook-da paylaş















