Əsas Səhifə > Aktual > 27 saylı Sabunçu II Seçki Dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

27 saylı Sabunçu II Seçki Dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb


25-02-2020, 17:14
27 saylı Sabunçu II Seçki Dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb



Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.
Rubrika.Az-ın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, araşdırma nəticəsində 34 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.


Rubrika.Az



Geri qayıt