27 saylı Sabunçu II Seçki Dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb
![]()
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.
Rubrika.Az-ın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.
Q. Orucov bildirib ki, araşdırma nəticəsində 34 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.
Rubrika.Az
Facebook-da paylaş














