Əsas Səhifə > Hadisə > Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb

Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb


25-02-2020, 21:19
Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır kəllə-beyin travması alıb.

Rubrika.Az Apa-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Mahmudova Heyran Vidadi qızı marketdən çıxarkən səkidə onu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Qadın ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışındadır.


Rubrika.Az
Geri qayıt