Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb
![]()
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır kəllə-beyin travması alıb.
Rubrika.Az Apa-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Mahmudova Heyran Vidadi qızı marketdən çıxarkən səkidə onu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.
Qadın ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışındadır.
Rubrika.Az
Facebook-da paylaş














